AZ

İngiltərə Premyer Liqası: “Arsenal“ son anda məğlub oldu

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərə Premyer Liqasının 15-ci turunda "Aston Villa" Birmingemdə lider "Arsenal"ı qəbul edib.

Moderator.az xəbər verir ki, oyun ev sahibi komandanın xeyrinə - 2-1 hesabı ilə başa çatıb.

36-cı dəqiqədə "Aston Villa"dan Metti Keş hesabı açıb, 52-ci dəqiqədə Leandro Trossard oyunda tarazılıq yaradıb. 90+5-ci dəqiqədə isə Emiliano Buendia Birmingem təmsilçisinin qələbə qolunu vurub.

Bu oyundan sonra "Aston Villa" 30 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Arsenal isə 33 xalla birincidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
moderator.az

3Mənbələr