AZ

Rusiyada İLİN SÖZÜ məlum oldu

İnternet istifadəçiləri “Çitay-Qorod” kitab mağazaları şəbəkəsinin saytında keçirilən səsvermədə “təşviş/təlaşıllıq” (“тревожность”) sözünü 2025-ci ilin sözü seçiblər.

Paralel.az xəbər verir ki , bu barədə layihənin mətbuat xidməti məlumat yayıb.

Səsvermə apreldən dekabr ayına qədər davam edib. “Təşviş” sözünə 36% səs verilib, bu da cəmiyyətin bu ilki emosional vəziyyətini əks etdirir.

“Təşviş” sözü “inam”, “həll”, “krinj”, “sülh”, “sevgi” və digər sözlərlə yarışıb.

İştirakçılar sözləri dörd kateqoriyada seçiblər: “Humanitar sahə”, “Texnosfera”, “Sleng” və “Ümumxalq sözü”.

Qeyd edək ki, daha əvvəl Almaniyada da ilin sözü seçilmişdi. Oxford lüğətinə görə isə ilin sözü “rage bait” (qəzəb tələsi) olmuşdu.

Seçilən
45
2
paralel.az

3Mənbələr