AZ

“Qarabağ” “Zirə” ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Metbuat.az xəbər verir ki, turun açılış matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəlib - 1:1.Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada ilk qolu meydan sahiblərinin futbolçusu İssa Cibrilla 31-ci dəqiqədə vurub. Matçın 44-cü dəqiqəsində isə “qartallar”ın üzvü Enrike Kustodio topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.Bu nəticədən sonra Qurban Qurbanovun komandası xallarını 30-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Rəşad Sadıqovun kollektivi isə 27 xalla ikinci pillədə yer alır.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Seçilən
15
3
metbuat.az

4Mənbələr