AZ

Higuain: “Hamı susdu, yalnız Messi mənə sahib çıxdı”

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Argentina millisinin keçmiş hücumçusu Qonzalo Hiquain 2014 Dünya Kubokunun itirilməsindən sonra yaşananlarla bağlı diqqətçəkən açıqlama verib. 

Ulduz futbolçu həmin finalın ardından soyunma otağında tək qaldığını deyib:

“Oyun bitdikdən sonra soyunma otağında hamı mənə qarşı soyuq davrandı, heç kim danışmadı. Yalnız Messi yanıma gəldi, məni qucaqladı və ‘Problem deyil, bu, futboldur. Finala gəldik və əlimizdən gələni etdik’ dedi.”

Hiquain həmin hadisədən sonra baş məşqçinin onu milli komandaya bir daha çağırmaq istəmədiyini bildirib. Lakin Lionel Messinin yenidən araya girdiyini açıqlayıb:

“O vaxtkı məşqçi mənim yenidən milliyə gəlməməyimi istədi. Amma Messi onunla danışdı və ‘Bu, onun günahı deyil. Futbolda birlikdə qazanır, birlikdə uduzuruq. Heç kim mükəmməl deyil’ dedi. Onun qərarını dəyişdirdi.”

Təcrübəli futbolçu Messinin sayəsində yenidən milli komandaya çağırıldığını vurğulayıb və buna görə kapitanına xüsusi təşəkkür edib:

“Messi olmasaydı, bəlkə də bu gün də vicdan əzabı yaşayırdım. Dünya Kubokunu ölkəmizə gətirdiyi üçün çox xoşbəxtəm. O, bunu həqiqətən haqq edirdi. Çox böyük ürəkli insandır.” \\Offsideplus.az

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
hurriyyet.az

3Mənbələr