AZ

Qapağı olmayan kanalizasiya quyuları hərəkət iştirakçılarına təhlükə yaradırVİDEO

Bakıda küçədə kanalizasiya quyusunun qapağı olmadığı üçün avtomobillərə zərər dəyir. Sürücülər deyirlər ki, bu problem təkcə onlar üçün yox, elə piyadalar üçün də təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilinə ziyan dəyən sürücü həmkarlarının da zərər çəkməməsi üçün belə bir video çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bakının Nizami rayonu, Məhsəti küçəsində, yolun hərəkət hissəsində kanalizasiya quyusunun qapağının olmaması səbəbindən avtomobillər həmin lyuka düşərək ciddi zərər görür. Alt işlək hissələri zədələnir, avtomobilin diski-təkəri də əyilir. Bu da sürücülərə ən azı 500-1000 manat civarında zərər vurur. 

Ərazidən daimi istifadə edən sürücülər deyirlər ki, onlar kanalizasiya quyusunun qapağının olmamasından xəbərdardılar. Ən çox zərər çəkənlər isə ilk dəfə həmin yoldan keçən sürücülərdir.

Çəkiliş apardığımız zaman Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gəlib yolda yaranan təhlükəni aradan qaldırdılar.

İş icraçısı ''Xəzər Xəbər''ə bildirdi ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan quyunun qapağı olub, lakin oğurlandığı üçün lyukun ağzı açıq qalıb. Onu da əlavə etdilər ki, belə faktlar araşdırılır və bu kimi halların qarşısını almaq üçün əlavə tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
48
xezerxeber.az

1Mənbələr