Idman.biz saytına istinadən ain.az xəbər verir.
İngiltərə Premyer Liqasının 15-ci turunda “Nyukasl Yunayted” və “Börnli” qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun “Nyukasl”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bruno Gimaraeş 31-ci dəqiqədə “Nyukasl”ı irəli çıxarıb. Entoni Qordon isə 45+8-ci dəqiqədə penaltidən komandasının üstünlüyünü ikiqat artırdı. Zian Flemminq 90+4-cü dəqiqələrdə penaltidən hesab arasındakı fərqi azaldıb.
Qonaqlar Lukas Piresin qırmızı vərəqəsindən sonra 43-cü dəqiqədən 10 nəfərlə oynayıblar.
Bu matçdan sonra “Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 22 xalla 10-cu yerdə, “Bernli” isə 10 xalla 19-cu yerdədir.
Paralel keçirilən matçda “Everton” “Nottingem Forest”ə böyük hesabla qalib gəlib – 3:0.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.