ain.az, Gununsesi saytına istinadən bildirir.
Suriyada prezident seçkisi yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Doha Forumunda çıxış edən Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa bildirib.
O, keçid hökumətinin ölkənin düşdüyü çətin vəziyyətə baxmayaraq, parlament seçkisini təşkil etdiyini qeyd edib.
Xatırladaq ki, martın 13-də Suriyanın beşillik keçid dövrü üçün hüquqi bazasını təşkil edən konstitusiya bəyannaməsi qəbul edilib. Sənədə əsasən, ölkədə bütün icra hakimiyyəti dövlət başçısına məxsusdur. Prezidentə Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək və fövqəladə vəziyyət elan etmək səlahiyyəti verilib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.