AZ

Şəmkirdə qəza baş verib: Bir nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində "VAZ" və "Hundai" markalı avtomobillər toqquşub.

Nəticədə 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım biriqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
60
2
cebheinfo.az

10Mənbələr