AZ

Premyer Liqası: “Arsenal” uduzdu, “Liverpul” isə...

Futbol üzrə İngiltərə Premyer Liqasında XV tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Lider “Arsenal” səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub. İkinci pillədə qərarlaşan “Mançester Siti” öz meydanında “Sanderlend”in qapısından 3 cavabsız qol keçirib. “Çelsi” – “Bornmut” görüşündə qapılara qol vurulmayıb.

Günün son matçında bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu hesabda öndə olmasına baxmayaraq, qələbəni əldən verib - 3:3.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Seçilən
90
38
publika.az

10Mənbələr