AZ

Yunanıstanın Krit adasında qayığın batması nəticəsində azı 18 miqrant ölüb

BAKI, 7 dekabr. TELEQRAF

Yunanıstanın Krit adasının cənubunda Avropaya getməyə çalışan ən azı 18 nəfər qayığın batması nəticəsində boğularaq ölüb. Sağ qalanların axtarışları davam edir, indiyədək iki nəfər xilas edilib.

Telerqraf xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.

Yarı batmış qayıq yoldan keçən türk ticarət gəmisi tərəfindən aşkar edilib. Sağ qalan iki nəfər xilas edilib, daha çox adamın xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.

Seçilən
112
teleqraf.com

1Mənbələr