AZ

Ukrayna sülhə nail olmaq üçün ABŞ-la işləməyə davam edəcək - Zelenski

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Trampın xüsusinümayəndəsi Stiv Uitkof və ABŞ Prezidentinin kürəkəni CaredKuşnerlə telefon danışığı aparıb. Hər iki tərəf müharibənindayandırılmasını müzakirə edib.

Trend xəbər verir ki, bubarədə Zelenski “Telegram” səhifəsində məlumat verib.

Zelenski bildirib ki, telfon danışığında Milli Təhlükəsizlik vəMüdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna SilahlıQüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.

“Biz bir çox aspektlərə diqqət yetirdik. Qan tökülməsinə sonqoymaq, Rusiyanın üçüncü işğal təhlükəsini aradan qaldıra biləcəkəsas məsələləri, o cümlədən Rusiyanın öz vədlərini yerinəyetirməməsini müzakirə etdik", - deyə Prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna sülhə nail olmaq üçünABŞ-la işləməyə davam edəcək:

“Biz Amerika ilə növbəti addımlar və müzakirə formatları barədərazılığa gəldik. Prezident Trampa danışıqlara bu cür intensivyanaşma sərgilədiyinə görə təşəkkür edirik”, - Zelenski deyib.

Seçilən
79
6
az.trend.az

3Mənbələr