İran Fars körfəzinin uzunluğundan daha uzun - 1375 kilometrdən çox uzaqmənzilli raketin sınağını elan edib.
Paralel.az xəbər verir ki , bu barədə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəniz Qüvvələrinin komandanı admiral Təngsiri dövlət televiziyasına müsahibəsində danışıb.
O, raketin buraxılışdan sonra nəzarət də daxil olmaqla, “unikal imkanlara” malik olduğunu bildirib.
Təngsiri qeyd edib ki, Fars körfəzi və Hörmüz boğazında keçirilən son təlimlər zamanı SEPAH yeni müdafiə və hücum raketləri, o cümlədən yerli istehsal olan yüksək dəqiqliyə malik ballistik sistemlər nümayiş etdirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta