“Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Paralel.az xəbər verir ki bu barədə "OK Diario" məlumat yayıb.
Ərəblər futbolçuya 4 illik müqavilə qarşılığında ümumilikdə 120 milyon avro (illik 30 milyon avro) qazanc vəd edirlər. Səudiyyə təmsilçilərinin hələ ötən yay Diazla maraqlandığı, indi isə təklifi daha da yaxşılaşdırdığı bildirilir.
Futbolçunun gələcəyi ilə bağlı yekun qərarı Dünya Çempionatından sonra verəcəyi qeyd olunur.
“Real” rəhbərliyi oyunçunu komandada saxlamaq istəsə də, onun oyun təcrübəsinin azlığı komandadan ayrılıq ehtimalını artırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta