AZ

Makron Zelenski ilə telefon danışığı aparıb

Bakı, 7 dekabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə fransalı lider sosial şəbəkə hesablarında məlumat yayıb.

“Onunla son beynəlxalq müzakirələrimi bölüşdüm. Xüsusən Çində Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələ ətrafında geniş danışdıq” .

“The Independent” daha əvvəl yazıb ki, Makron Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə birlikdə Londonda Zelenski ilə görüşəcək .

Seçilən
25
2
azertag.az

3Mənbələr