AZ

Messi karyerasında 48-ci kubokunu qazandı

Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və "İnter Mayami"nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub.

Publika.az xəbər verir ki, pley-off-un final matçında onun komandası "Vankuver"i 3:1 hesabı ilə məğlub edib.

Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

38 yaşlı argentinalı "İnter Mayami"nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Daha əvvəl hücumçu "İnter Mayami" ilə Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-nin müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanmışdı.

Seçilən
47
8
publika.az

9Mənbələr