AZ

Kelloq Ukrayna nizamlanması üzrə iki əsas mövzunu açıqlayıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya‑Ukrayna müharibəsinin başa çatması yaxın olsa da, danışıqlar gündəmində hələ də Zaporojye Atom Elektrik Stansiyasının və Ukraynanın Donetsk vilayəti ərazilərinin mənsubiyyəti məsələsi qalır.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kaliforniyada Ronald Reyqan adına Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı bəyan edib.

"Son 10 metr hədəfə çatmaq üçün ən çətin mərhələdir. Mən, həqiqətən, hesab edirəm ki, bizdə bir neçə məsələ qalıb – Donetsk vilayəti və Zaporojye AES, bu, nəhəng atom elektrik stansiyasıdır. Düşünürəm ki, əgər bu iki məsələni həll etsək, qalanı da yaxşı nəticələnəcək", – o bildirib.

ABŞ Dövlət katibi Marko Rubio isə daha əvvəl "Fox News" telekanalına verdiyi müsahibədə qeyd edib ki, Ukraynada müharibənin başa çatdırılması üzrə danışıqlarda əsas mübahisə mövzusu Donetsk vilayətinin qalan 20%-i üzərindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
bizimyol.info

1Mənbələr