“ABŞ nüvə triadasını modernləşdirəcək və digər ölkələrlə bərabər səviyyədə nüvə sınaqları keçirəcək.”
Xezerxeber.az xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəhbəri Pit Heqset çıxış edib.
"Prezident Donald Trampın artıq dediyi kimi, biz nüvə triadamızı modernləşdiririk. Biz nüvə silahlarını və nüvə çatdırılma sistemlərini digər ölkələrlə bərabər səviyyədə sınaqdan keçirəcəyik", - o bildirib.