AZ

Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin noyabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 55 min 995 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, noyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 48 min 767, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 228 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 23 min 496, vəfat edənlərin sayı isə 199 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 618 min 777 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 538 min 445, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 80 min 332 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 264 min 280, vəfat edənlərin sayı isə 2 min 329 nəfər təşkil edib.

Seçilən
6
1
turkic.world

3Mənbələr