AZ

İnter Mayami ilk dəfə MLS çempionu oldu

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İnter Mayami" ilk dəfə MLS çempionu oldu

“İnter Mayami” Amerika Peşəkar Futbol Liqasının (MLS) qalibi olub.

QOL.az xəbər verir ki, komanda həlledici görüşdə “Vankuver”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 3:1.

"İnter Mayami"nin lideri Lionel Messi görüşdə iki qol ötürməsi edib.

"İnter Mayami" - "Vankuver" - 3:1

Qollar: Okampo, 8-avtoqol, De Paul, 71, Allende, 90+6  - Ahmed, 60

Qeyd edək ki, "İnter Mayami" klubu 2018-ci ildə yaradılıb. 2020-ci ildən MLS-də oynayan komanda bu müddət ərzində MLS-in müntəzəm mövsüm kubokunu (2024) və Şimali Amerika Liqa Kubokunu (2023) qazanıb. Klubun sahibi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
2
qol.az

3Mənbələr