Bu gün “Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyudur.
"Cebheinfo.az" xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilir.
Gecədə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Bundan başqa, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov) də məclisə qatılanlar arasında yer alıb.
Gecədə toyun aparıcılığı Tural Əsədov və Leyla Quliyevaya həvalə edilib. Məclisi isə əsas müğənni kimi Xəyyam Nisanov aparırı.
Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var.(Axşam.az)
https://www.instagram.com/reel/DR7r6CigGBj/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"