AZ

Havaların quraq keçməsi Şəkidə əkin sahələrinə necə təsir edir? FOTO

ain.az bildirir, Bizim media portalına istinadən.

Payız ayları gələndən Şəkidə hava şəraitinin əsasən mülayim və yağmursuz keçməsi əkin sahələrində zərərvericilərin aktivliyi ilə müşahidə olunur.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkəmizin ən iri taxılçılıq rayonlarından olan Şəkidə siçanabənzər gəmiricilərlə aktiv mübarizə aparılır.

 

Şəki Regional Btki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları rayonun Turan qəsəbəsinin, Çayqaraqoyunlu və Şəki kəndlərinin əkin sahələrində müşahidələr aparmaqla yanaşı zərərvericilərin məhv olunması istiqamətində mütəmadi iş aparır.

Mərkəzdən bildirilib ki, fermer və sahibkarların əkin sahələrində müşahidələr davam etdirilir, gəmiricilərin ocaqları aşkarlanaraq onların məhv edilməsi istiqamətində işlər davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
bizim.media

4Mənbələr