AZ

''Fənər'' büdrədi, xal fərqi artdı

Türkiyə çempionatının 15-ci turunda ''Fənərbaxça'' ''İstanbul BŞ''nin qonağı oldu.

"Football-plus.az" xəbər vrrir ki, lider ''Qalatasaray'' turu qələbəylə başa vurduğundan xal fərqinin artmaması üçün ''Fənər'' hökmən qalib gəlməli idi. Amma İstanbul nəhəngi bu vəzifənin öhdəsindən gələ bilməyərək fanatlarını məyus etdi.

İlk yarısı qolsuz başa çatan oyunda qonaqlar ikinci hissənin ortalarında mərkəz müdafiəçisi Milan Şkrinyar ilə hesabı açdılar. Amma sonrakı dəqiqələrdə bu üstünlüyü nəinki artırmaq, heç qoruyub saxlamaq da mümkün olmadı. Bir ara Türkiyə yığmasına da dəvət olunan 23 yaşlı forvard Bertuğ Yıldırım 81-ci dəqiqədə fərqlənməklə həm yekun nəticəni müəyyənləşdirdi, həm də başakşəhərliləri məğlubiyyətdən xilas etdi.

Zirvədən 4 xal geri düşən ''Fənər'' ''Trabzonspor''un turu qələbə ilə başa vurması təqdirində hətta 3-cü pilləyə geriləyəcək. ''Sarı-lacivərdlilər''in bu rəqibə qarşı 6 oyunluq qələbə seriyası qırıldı. Domeniko Tedeskonun kollektivi 15-ci turu da məğlubiyyətsiz başa vurdu. Amma ''Fənər'' bu oyunların 6-dan bərabərliklə ayrılıb.

2013-dən bu yana komanda heç bir mövsümdə ilk 15 tura bu qədər çox heç-heçə etməmişdi.

Seçilən
165
football-plus.az

1Mənbələr