AZ

Biləsuvarda “Lexus” kanala aşdı -5 nəfər öldü


Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində olub.

Belə ki, axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.

Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

***

İlkin məlumata görə, qəzada ölənlərdən 4-ü qonşu Bağbanlar kəndinin sakinləridir.

İki qardaş, əmi oğlu və qonşu olan gənclər qonaq dostlarını evlərinə aparırmışlar. Qəza gecə saatlarında olduğundan hadisədən gec xəbər tutulub. Maşında olanlardan Bağbanlar kənd sakini 2003-ci il təvəllüdlü Həsənli Vasif Yusif oğlu sudan çıxarılaraq xəstəxanaya çatdırılsa da, orada ölüb.


Biləsuvarda
Biləsuvarda
Biləsuvarda
Seçilən
61
2
medicina.az

3Mənbələr