Amerikalı sahibkar İlon Mask Avropa İttifaqını “Dördüncü Reyx”lə müqayisə edib.
Publika.az xəbər verir ki, Mask “tvitter” istifadəçisnin bununla bağlı şərhinə reaksiya verərkən mövqe bildirib.
Bir internet istifadəçisi “Dördüncü Reyx” yazılan mesajı Avropa İttifaqının bayrağının fotoşəkili ilə müşayiət edib. M
ask "Demək olar ki, belədir" şərhini yazıb. Mask bəyan edib ki, Avropa İttifaqı dağılsa, ayrı-ayrı Avropa hökumətləri öz vətəndaşlarını daha yaxşı təmsil edə biləcəklər.