AZ

Dünyanın düz olduğunu iddia edənlərə fürsət - Sübut edən 3 milyard dollar alacaq

“Columbia Sportswear” şirkətinin baş direktoru Tim Boyl, Dünyanın düz olduğunu sübuta yetirən şəxsə 3 milyard dollarlıq ailə şirkətini verəcəyini vəd edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Boyle, planetin fiziki sonunun olduğunu sübut edə bilən və o biri tərəfdəki uçurumu real fotoşəkillə göstərə bilən şəxsə ailə şirkətini verəcəyini açıqlayıb. Onun sərvətinin təxminən 1,6 milyard dollar olduğu təxmin edilir. Lakin, 1938-ci ildən bəri fəaliyyət göstərən ailə şirkətinin ümumi dəyəri 3 milyard dollara çatır. Boyl həmçinin təklifin heç bir hüquqi prosedur, əlavə şərt və ya sənədləşmə olmadan keçərli olduğunu bildirib. “Biz şirkətin bütün aktivlərini hədiyyə edəcəyik. Hamısını. Heç bir şərt qoyulmur”, - o deyib.

Seçilən
34
1
avtosfer.az

2Mənbələr