AZ

Bu peyvənd iki qripə təsir edir

“Rusiyada qripə yoluxma hallarında artım müşahidə olunur və Honkonq qripi ştamı üstünlük təşkil edir. Bu, bir sıra fərqli mutasiyalara malikdir”. 

"Bu uyğunsuzluq peyvəndin effektivliyini xeyli zəiflədir. Buna görə də kütləvi yoluxucu xəstəliklər üçün epidemioloji nəzarəti özümüz aparmalıyıq", - Ginzburq bildirib.

Ümumilikdə Rusiyada hazırda kəskin respirator virus infeksiyaları və qripin mövsümi artımı müşahidə olunur. ÜST-ün əvvəlki mövsümdəki aşağı aktivliyi nəzərə alınmaqla proqnozlaşdırdığı kimi, A(H3N2) qrip virusu üstünlük təşkil edir. Cari epidemiya mövsümündə immunizasiya üçün peyvənd ÜST tərəfindən tövsiyə edilən ən son ştamları əhatə edir. Monitorinq məlumatlarına görə, dövran edən qrip A(H1N1) və B virusları peyvənd ştamları ilə tamamilə uyğundur. A(H3N2) virusu peyvənd ştamına çox bənzəsə də, onun antigenliyinə təsir edən bir neçə mutasiya ilə fərqlənir", - deyə məlumatda bildirilib.

Hazırda ştamlar və istifadə olunan peyvəndlərin qoruyucu xüsusiyyətləri ilə bağlı tədqiqatlar Vektor Tədqiqat Mərkəzində davam edir. İlkin məlumatlar göstərir ki, bu mövsüm peyvənd olunmuş insanlarda A(H3N2) virusunu 80-90% neytrallaşdıran qoruyucu anticism özünü nümayiş göstərib ki, bu da peyvəndlərin kifayət qədər təsirli olduğunu deməyə əsas verir.

Seçilən
66
2
cebheinfo.az

3Mənbələr