Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biridir.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın dövlət başçısı bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.