AZ

"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Niderlandın "Ayaks" klubu ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, Amsterdam təmsilçisinin hücumçusu Vaut Veqhorst sıradan çıxıb.

O, ölkə çempionatının XV turunda səfərdə "Fortuna"nı 3:1 hesabı ilə məğlub etdikləri oyunda topuğundan xəsarət alıb. Veqhorst görüşün 28-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

Niderland millisinin 33 yaşlı futbolçusunun durumu tibbi müayinədən sonra bilinəcək. Onun "Qarabağ"la oyun üçün Bakıya səfər etməyəcəyi gözlənilir.

Seçilən
66
3
publika.az

4Mənbələr