Bakı. Trend:
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıqilk layihələrin maliyyələşdirilməsinə başlanılıb.
Trend xəbər verirki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrininmüavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbuledərkən deyib.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunudeyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı iləyaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindənartıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, birneçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeydedib.