AZ

Benində hərbçilər hakimiyyəti ələ keçiriblər - VİDEO

Hərbçilər Benində hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Day.Az-ın məlumatına görə, bu barədə əsgərlər dövlət televiziyasının efirində deyiblər.

Məlumata əsasən, bu səhər ölkənin ən böyük şəhərlərindən biri olan Kotonuda silah səsləri eşidilib.

Çıxış edən hərbçilər prezident Patris Talonun istefasını, "Hərbi Yenidənqurma Komitəsi"nin yaradılmasını, konstitusiyanın dayandırılmasını və bütün qurumların və siyasi partiyaların ləğvini elan ediblər. Onlar həmçinin ölkə sərhədlərinin bağlandığını açıqlayıblar və "Patris Talonun hakimiyyətini və bəzi vətəndaşların namizədlərini seçmək hüququndan məhrum edilməsini" pisləyiblər.

Seçilən
47
1
day.az

2Mənbələr