AZ

Havayda Kilauea vulkanı püskürüb - VİDEO

Havay adasında Kilauea vulkanının daha bir püskürməsi baş verib.

Day.Az-a məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Məlumata əsasən, yerli vaxtla səhər saat 8:49-da üç kraterdən püskürməyə başlayıb. Cənub kraterindən çıxan lava fəvvarələri 1000-1200 fut (300-370 metr) hündürlüyə çatıb və atılan lavanın ümumi həcmi 16 milyon kub yard (12 milyon kub metr) olaraq qiymətləndirilib.

 

"Fəvvarələrdən axan lava axını Halemaumau kraterinin səthinin 50-60 faizini əhatə edib", - deyə qeyd olunub.

Püskürmə 12 saat sonra dayanıb.

Seçilən
11
2
day.az

3Mənbələr