Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Macarıstan Baş naziri Viktor Orban sabah Türkiyəyə səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
“Orban və yüksək səviyyəli nümayəndə heyəti sabah Prezident Ərdoğanın dəvəti ilə Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası münasibətilə Türkiyəyə səfər edəcək”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.