AZ

“Zirə” legioneri ilə yollarını ayıracaq

“Zirə” yayda heyətində bəzi dəyişikliklər etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi son vaxtlar oyun praktikasından əziyyət çəkən və əsas heyətə düşə bilməyən Eldar Quliyevlə yollarını ayırmağı planlaşdırır.
 

Belə ki, Premyer Liqada hazırda 2-ci pillədə yer alan klub 23 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsini artırmayacaq.


“Şaxtyor”un (Donetsk) yetirməsi olan Eldar Azərbaycanda legioner kimi çıxış edir.

Ukraynalı futbolçu “Mariopol” və “Minay”da oynadıqdan sonra 2023-cü ildə “Zirə”yə keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
17
3
bizim.media

4Mənbələr