AZ

Valverde üçün Real a 100 milyon avro təklif edilib

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"a (Madrid) gözlənilməz transfer təklifi göndərib.

"Ölkə.az" xəbər verir ki, Paris kollektivi uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin keçidi üçün "kral klubu"na 100 milyon avroluq rəsmi təklif ünvanlayıb.

Məlumata görə, La Liqa komandası təkliflə bağlı daxili müzakirələr aparır. "Real" tərəfi Valverdenin əsas heyət futbolçusu olduğunu nəzərə alaraq onun satışına tələsmir. Transferin gələcək taleyi yaxın günlərdə aydınlaşacaq.

Qeyd edək ki, Valverde 2018-ci ildən "Real"da çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
olke.az

7Mənbələr