AZ

Netanyahu Fələstin dövlətinin yaradılması ideyasına qarşı çıxıb

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin dövlətininyaradılmasına qarşı olduğunu bildirib.

Trend-inməlumatına görə, bu barədə B.Netanyahu Almaniya kansleri FridrixMerts ilə birgə mətbuat konfransında deyib.

"İki dövlət məsələsinə gəldikdə isə, xeyr, bizim fərqli baxışbucağımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudidövlətini məhv etməkdir. Onların artıq Qəzzada bir dövləti var idi,de-fakto dövlət olub və bu dövlətdən yeganə yəhudi dövlətini məhvetməyə çalışmaq üçün istifadə olunurdu. Biz hesab edirik ki, ərəbdövlətləri ilə daha geniş sülhə, eləcə də Fələstin qonşularımızlaəldə edilə bilən sülhə gedən yol var. Amma biz qapımızın ağzındaməhv olmağımızı istəyən bir [Fələstin] dövləti yaratmayacağıq", -deyə o bildirib.

Seçilən
29
3
az.trend.az

4Mənbələr