AZ

Beyləqanda qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Aznews.az xəbər verir ki, Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Qeyd edilib ki, onlara kəllə beyin travması və komatoz vəziyyət diaqnozu təyin olunub: “07.12.2025- ci il tarixində 1972-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə, 1968-ci il təvəllüdlü şəxs isə Bakı şəhəri, Yeni Klinikaya təxliyə olunub”.
Seçilən
17
5
aznews.az

9Mənbələr