AZ

Benində uğursuz dövlət çevrilişinə görə 13 nəfər saxlanılıb

Benində hakimiyyətin qanunsuz ələ keçirilməsi cəhdi ilə bağlı 13 nəfər həbs edilib.

Aznews.az xəbər verir ki, bu barədə "La Nouvelle Tribune" hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

"Bir qrup hərbçinin üsyanından sonra Benində gərgin vəziyyət yaranıb. Bu gün səhər tezdən başlayan aksiyalar dövlət və onun institutlarında sabitliyi pozmağa yönəlib", - məlumatda deyilir.

Hökumətə yaxın mənbələr SRTB yayım korporasiyasının binasına basqın edən biri keçmiş hərbi qulluqçu da daxil olmaqla 13 nəfərin həbs edildiyini bildirib.

Seçilən
34
1
aznews.az

2Mənbələr