AZ

Qəzzada Almaniya və Yaponiya modelləri tətbiq oluna bilər

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı planın üçüncü mərhələsinin bölgənin "radikallaşmadan çıxarılması" olduğunu bildirib.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Almaniya kansleri Fridrix Merts ilə dekabrın 7-də keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir çoxlarının mümkünsüz hesab etdiyi bu proses tarixin müxtəlif dövrlərində uğurla həyata keçirilib:

"Üçüncü bir mərhələ var bu, Qəzzanın radikallaşmadan çıxarılmasıdır. Bir çoxları bunun mümkünsüz olduğunu düşünürdü. Amma bu, Almaniyada edildi, Yaponiyada edildi, Körfəz ölkələrində edildi. Qəzzada da edilə bilər".(publika.az)

Seçilən
7
3
olke.az

5Mənbələr