BAKI, 7 dekabr. TELEQRAF
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Esmira Məhərrəmova bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Qadına ilkin yardım göstərilib. İlkin məlumata görə 30 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.
Faktla bağlı araşdırma başlanılıb.