ain.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti qarşılaşmasının vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Fiziyev UFC 325 tədbirində braziliyalı döyüşçü Maurisio Rufi ilə üz-üzə gələcək.
Görüş yanvarın 31-də Sidney şəhərində keçiriləcək.
Fiziyev bir müddət zədə səbəbindən döyüşlərdən uzaq qalmışdı. O, uzun fasilədən sonra yenidən böyük arenaya dönərək reytinqdə irəliləmək və yuxarı sıralara qayıtmaq niyyətindədir. Azərbaycanlı döyüşçünün hazırlıq prosesinə artıq start verdiyi bildirilir.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.