ain.az, Qol.az portalına istinadən məlumat verir.
“Elçe” uğursuzluq seriyasına son qoydu
İspaniya La Liqasının 15-ci turunda uzun müddətdir qələbə üzünə həsrət qalan “Elçe” doğma meydanda “Jirona”nı qəbul edib.
QOL.az xəbər verir ki, meydan sahibləri bu görüşdə rəqibinə heç bir şans verməyərək 3:0 hesablı qələbə qazanıblar.
7 dekabr
"Elçe" – "Jirona" - 3:0
Qollar: H.Valera, 40, R.Mir, 51;57
Bu qələbə sayəsində turnir cədvəlində sıçrayış edən “Elçe” 9-cu pilləyə yüksəlib. “Jirona” isə autsayderlər zonasında qərarlaşaraq sondan üçüncü yeri bölüşür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.