Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə komanda yarışları təşkil olunub.
Qadınların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medala “Umbayev Sport Club”, bürünc mükafata isə “Neftçi” İdman Klubunun birinci komandası sahib çıxıb.
Kişilər arasında “Kanokan-TT” PCİK çempionluğu əldə edib. “Azəri-Cüdo” İKİB II, “Sərhədçi” İM və “Atilla” İK komandaları III yeri tutublar.