AZ

Bir nəfərin iki evi yandı

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biləsuvar rayonunda iki evdə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evlərində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 135 kv.m olan 4 otaqlı ev tamamilə, ikincisi, sahəsi 143 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, evlərin sahibinə maddi ziyan dəyib.

İlkin məlumata görə, yanğın elektrik naqilində olan qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
4
bakivaxti.az

6Mənbələr