Qış fəslinin gəlişi ilə ölkədə respirator infeksiyalara yoluxma sayı artıb. Xüsusilə, sosial şəbəkələrdə H3N2 virusu barədə yayılan məlumatlar insanlarda narahatlıq yaratsa da, mütəxəssislər vəziyyətin pis olmadığını izah edirlər.
Onlar bildirirlər ki, H3N2 nə yeni, nə də təhlükəli virusdur. Bu, illərdir gördüyümüz mövsümi qripin bir alt növüdür.
Virusun yaratdığı əlamətlər klassik qrip simptomları ilə eynidir: Boğaz və əzələ ağrısı, öskürək, hərarət.
Virus əsasən hava-damcı yolu ilə yayılır.
İnfeksionist Vasif Əliyevin sözlərinə görə, H3N2 ilə bağlı narahatlığa əsas yoxdur: