AZ

Göygöldə maşın aşdı -Ölən var

Göygöldə ölümlə nəticələnən ağır qəza olub.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin və polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Seçilən
73
4
redaktor.az

8Mənbələr