AZ

Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

Dekabrın 9-dan 10-dək güclü maqnit qasırğaları gözlənilir.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında yazıb.

"Dünən gecə baş verən "M8.1" sinifli partlayışdan sonra Yerə doğru plazma atılması nəticəsində 9 və 10 dekabr çərşənbə axşamı və çərşənbə günləri "G2-G3" səviyyəsində (orta və güclü) maqnit qasırğaları gözlənilir", - deyə bildirilib.

Seçilən
24
8
day.az

9Mənbələr