ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Real Madrid”in əfsanəvi yarımmüdafiəçisi Luka Modriç, “kral klubuna” transfer prosesinin pərdəarxası məqamlarını danışıb.
Fanat.Az-ın məlumatına görə Modriç bildirib ki, o dönəmdə klub rəhbərliyi David Silva, Xuan Mata və Santi Kazorlanı transfer etmək istəyirmiş. Lakin o vaxt komandanın baş məşqçisi olan Joze Maurinyu yalnız bir isimdə israr edib:
“Real Madrid” rəhbərliyi məni istəmirdi. David Silva, Xuan Mata, Santi Kazorla siyahıda idi. Amma Mourinho “ya Modriç, ya da heç kim” dedi. Bu, hər şeyi dəyişdi. Ona çox minnətdaram.”
Ulduz futbolçu həmçinin Maurinyu ilə işləməyin onun üçün xüsusi olduğunu qeyd edib:
“Yeganə peşmanlığım Joze ilə daha uzun müddət işləyə bilməməyimdir. “Real Madrid”ə gəlməyimin əsas səbəbi o idi. O olmasaydı, bəlkə də heç vaxt Madridə gəlməzdim. Məni istədi və başqa heç kimi istəmədi.”
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.