Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli premyer-liqasının 14-cü turunda “Şamaxı” “Karvan-Yevlax”ı darmadağın etdi - 0:3.“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Şamaxı”nın köməkçi məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablayıb. - Gərgin oyun alındı. Maraqlı oldu. İlk hissə kəşfiyyatxarakterli idi. “Qarabağ”la tam fərqli oynamışdılar. Analiz etmişdik. İkinci hissədə sürəti artırdıq, istəyimizə nail olduq. Davud debüt etdi. Təbrik edirəm. 6 futbolçu sonda azərbaycanlı idi. - Balau ayın qolunu vurmağa öyrəşib. İndi də mümkün ola bilər?- Oxşar qol idi. Ümid edək ki, ayın qolu seçilər. Azarkeşlər oyunun sonunda sizi dəstəkləyirdi.Nə isə demək çətindi. Onları səbrli olmağa çağırıram.- Azər Həşimovlu “Karvan-Yevlax”ı da 3:0 məğlub etmişdiz. Füzuli Məmmədov daha çox çətinlik yaratdı?- Məşqçi barədə danışmayaq. - Süni qazonda oynadız. Necədi stadion?Ağır idi. Sərt rezinlərdi. Yağış üzümüzə baxdı (gülür).MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.