AZ

“Məcburi hicab qadınların cəmiyyətdəki rolunu gücləndirir” – Xamenei

İranın ali rəhbəri Əli Xamenei bir neçə gün əvvəl ölkənin müxtəlif bölgələrindən gəlmiş minlərlə qadın və qızla görüşündə məcburi hicab siyasətini bir daha müdafiə edib.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, o, çıxışında bildirib ki, “hicabın qadınları məhdudlaşdırdığı” sözləri düzgün deyil və İslam Respublikasının təcrübəsi bunun əksini göstərir.

Xameneinin sözlərinə görə, İranda məcburi hicaba riayət edən qadınlar həm cəmiyyətdə, həm də ailədə fəal rol oynayır, müxtəlif sahələrdə uğur qazanırlar. O, Qərbi tənqid edərək deyib ki, “İslam Respublikası Qərbin qadınlarla bağlı yalan məntiqini etibarsız edib” və müsəlman qadının öz dəyərlərinə bağlı qalaraq inkişaf edə bildiyini nümayiş etdirib.

Seçilən
91
4
konkret.az

10Mənbələr