AZ

ABŞ nin yuxularını qaçıracaq görüntü Dron ordusu qurdu VİDEO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Çinli kontent yaradıcısı və iki dəfə Qinness Dünya Rekordu sahibi Fan Şisan əl hərəkətləri ilə idarə edə bildiyi uçan qılınc formasında dronlardan ibarət kiçik bir filo yaradıb.

Milli.Az xəbər verir ki, "TikTok" hesabında paylaşdığı eksperimentdə Fanın əllərinə bağlanan hərəkət sensorları ilə idarə olunan təxminən iyirmi qanadlı, dörd propellerli dron yer alıb.

Fan Şisan ən böyük məqsədinin 10 min qılıncdan ibarət hərəkət edən bir ordu yaratmaq olduğunu bildirib. 2024-cü ildə qılınc formasında uçan skeytbord yaratması nəzərə alınsa, bu hədəf tamamilə əlçatmaz görünmür.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
news.milli.az

3Mənbələr